İran İsrailə nə qədər raket atıb?

İran İsrailə nə qədər raket atıb?
  02 Oktyabr 2024    Oxunub:256
İran İsrailə 180 raket zərbəsi endirib və onların əksəriyyətinin qarşısı alınıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova məlumat yayıb.


İran İsrailə hücumla bağlı ABŞ-yə xəbərdarlıq edib
Qeyd edilib ki, hücumlar nəticəsində İsrail Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini zəiflətməyib.

“İrandan İsrailə 180-ə yaxın raket atılsa da, onların əksəriyyəti sıradan çıxarılıb”, - Ukolova qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İsrail  





Xəbər lenti