O, bu vəzifəyə rekord müddətdə-10 il ərzində alyansa rəhbərlik etmiş norveçli Yens Stoltenberqi əvəz edib. Təhvil-təslim mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.
Səlahiyyətlərini təhvil verən Stoltenberq vurğulayıb ki, o, 2014-cü ildə alyansa gələn zaman NATO Ukraynaya yalnız kiçik dəstək verirdi: "Lakin indi bu dəstək kütləviləşib və koordinasiya üçün NATO-nun xüsusi qərargahı yaradılıb”.
Qeyd edək ki, hollandiyalı siyasətçi Ukraynanın qatı tərəfdarı olub. Rutte həmçinin avropalıları ABŞ-nin keçmiş prezidenti Tramp haqqında mənfi fikirlər səsləndirməyi dayandırmağa və qitənin müdafiəsini gücləndirməyə çağırır.
Tural Tağıyev
AzVision.az