Moskvadan İrəvana gedən avtobus aşdı - 7 ölü, 42 yaralı

Moskvadan İrəvana gedən avtobus aşdı - 7 ölü, 42 yaralı
  03 Noyabr 2015    Oxunub:3012
Rusiyanın Tula vilayətində ötən gecə Moskvadan İrəvana gedən avtobus qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 7 nəfər ölüb, 42 nəfər yaralanıb.

“Avtobusda 63 sərnişin olub, 42 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağır, 10 nəfərinn vəziyyəti isə orta ağır olaraq qalır”, - deyə mənbə bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti