Nazir Rumıniya hökumətinə başsağlığı verdi

Nazir Rumıniya hökumətinə başsağlığı verdi
  02 Noyabr 2015    Oxunub:1927
İqtisadiyyat və sənaye naziri Azərbaycan hökuməti adından Rumıniya hökumətinə başsağlığı verib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzVision.az=-a verilən məlumata görə, iqtisadiyyat və sənaye naziri, Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı səfirliyində olub və Buxarestdə çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı Azərbaycan hökuməti adından səfir Daniel Kristian Çiobanuya başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti