Dəhşətli qəzada ölənlərin görüntüləri – VİDEO

Dəhşətli qəzada ölənlərin görüntüləri – VİDEO
  01 Noyabr 2015    Oxunub:3950
Ötən gün Rusiya şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, təyyarə tamamilə parçalanıb və təyarədəkilərin hamısı ölüb. Artıq Misir tərəfi qəzanın baş vermə səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradıb.

Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, qəzanın baş verməsinə səbəb mühərrikin dayanması və idarəetmənin itirilməsi ola bilər. Belə ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçerə məlumat verib. 23 dəqiqədən sonra onunla əlaqə itib.

Rusiyanın “Life News” agentliyi isə təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını açıqlayıb. Siyahıda 210 nəfərin adı var. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı qəzada həlak olub.
Qəza ilə əlaqədar bu gün Rusiyada matəm günü elan olunub.

Rusiyanın “Dojd” telekanalı təyyarənin göyərtəsində olan sərnişinlərin görüntülərinin əks olunduğunu video yayımlayıb.


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti