Çində bina uçub – 17 ölü

Çində bina uçub – 17 ölü
  31 Oktyabr 2015    Oxunub:1254
Çində aparılan rekonstruksiya işləri zamanı bina çöküb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 işçi ölüb, daha 23 nəfər yaralanıb.

Hadisə Xenan vilayətində təxminən 15:30 radələrində baş verib.

Bina işçilərin fundamentdə təmir-bərpa işləri apardığı zamanı baş verib. Şənbə günü xilasedicilər dağıntılar altından 40 nəfər çıxara bilib ki, onlardan 17-i ölüb. Digər şəxslər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yerli rəhbərlərin sözlərinə görə, hadisə ilə bağlı artıq bir neçə nəfər saxlanılıb.

İkimərtəbəli ev 1990-cı ildə tikilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti