“Siyasi eşalonun qərarına uyğun olaraq, ÇAXAL və Şin Bet hazırda Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus terror hədəflərinə kütləvi hücumlar həyata keçirir. Təfərrüatlar daha sonra açıqlanacaq”, - bəyanatda deyilir.
Təşkilatın israilli girovları azad etməkdən imtinası fonunda Binyamin Netanyahu və Müdafiə naziri İsrael Katzın HƏMAS-a qarşı “qətiyyətlə hərəkətə keçmək əmrindən sonra ÇAXAL zərbələr endirməyə başlayıb.
![]() |
Qəzzaya kütləvi zərbələr bərpa edilib |
İsrailin Müdafiə qüvvələri (ÇAXAL) radikal HƏMAS hərəkatının rəhbərliyini və infrastrukturunu hədəf alan hava hücumlarından başqa, Qəzza zolağına hücumunu genişləndirməyə hazırdır.
- ÇAXAL lazım olduğu qədər hava hücumlarını davam etdirmək və belə bir əmr alınarsa, hücumları hava kampaniyasından kənara çıxarmaq niyyətindədir. Müdafiə qüvvələri bütün cəbhələrdə yüksək hazırlıq vəziyyətindədir”, - ÇAXAL-ın mətbuat xidmətinin bəyanatında vurğulanır.
Bundan əvvəl İsrail Hərbi Hava qüvvələrinin (HHQ) Fələstin anklavının ən böyük məskunlaşan ərazilərinə, o cümlədən cənubda yerləşən Xan-Yunis və Rəfah, həmçinin şimalda Cəbəliyə şəhəri və Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə endirdiyi silsilə zərbələr nəticəsində 232 insanın öldürüldüyü bildirilir.
Sahil İsgəndərov
AzVision.az