HƏMAS-ın yeni lideri müəyyənləşib

   HƏMAS-ın yeni lideri müəyyənləşib
  18 Oktyabr 2024    Oxunub:325
Ötən gün Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Rəfəh şəhərində öldürülməsinin ardınca qruplaşmanın yeni lideri müəyyənləşib.
Yerli mətbuatın məlumatına əsasən, bu, 68 yaşlı Xalid Məşəldir. O, 1996-2017-ci illərdə də bu vəzifəni tutub.
HƏMAS lideri Yəhya Sinvar öldürülüb

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun daha əvvəlki lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda iqamətgahına atılan raket zərbəsi nəticəsində ölüb. Avqustun 6-da onu əvəzləyərək lider seçilən Yəhya Sinvar isə ötən gün Qəzza zolağının Rəfəh şəhərində İsrail hərbçiləri ilə atışmada 3 terrorçu ilə birgə zərərsizləşdirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   lider  





Xəbər lenti