Netanyahu xüsusi təhlükəsizlik iclası keçirəcək

   Netanyahu xüsusi təhlükəsizlik iclası keçirəcək
  18 Oktyabr 2024    Oxunub:1043
Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsinin ardınca İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərin və təhlükəsizlik nümayəndələrinin iştirakı ilə xüsusi iclas keçirəcək.
Yerli mediada yayılan məlumata əsasən, iclas Tel-Əviv şəhərindəki Kirya hərbi qərargahında baş tutacaq.

İclasda terror başçısının ölümü fonunda israilli əsirlərin HƏMAS-ın əlindən xilası üzrə danışıqların cari vəziyyəti ətrafında müzakirələr aparılacaq.
Yəhya Sinvarın ölümü ilə bağlı detallar açıqlanıb

Xatırladaq ki, ötən gün İsrail əsgərləri Qəzza zolağındakı Rəfəh şəhərində planlaşdırılmamış əməliyyat Yəhya Sinvarı zərərsizləşdiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   iclas   əsirlər  





Xəbər lenti