Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib
  16 Oktyabr 2024    Oxunub:722
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Hindistanın Nyu-Dehli şəhərində keçirilən Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyası (WTSA-24) çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən bir sıra görüşlər təşkil olunub.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, nazir müavini Şahin Babayev BTİ Baş katibinin müavini Tomas Lamanauskasla görüşüb.

Görüşdə cari ilin noyabrın 11-22-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə təşkil olunacaq “Yaşıl dünya naminə rəqəmsal fəaliyyət” yüksək səviyyəli tədbiri və gələn il Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC) təşkili ilə bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində, həmçinin Yaponiya və Çinin müvafiq nazirliklərinin rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən danışılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti