Ukraynalı deputat: "Zelenskinin "Qələbə planı" real deyil"

   Ukraynalı deputat:    "Zelenskinin "Qələbə planı" real deyil"
  16 Oktyabr 2024    Oxunub:1060
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko diqqət çəkən açıqlamalar verib.
O,Telegram kanalında paylaşım edərək Ukrayna prezidenti Vladimir Zelenskinin "Qələbə planı"nı qeyri-real adlandırıb.

Rutte Zelenski ilə Putin arasında danışıqların şərtlərini açıqlayıb
Qeyd edək ki, bu gün Ukrayna prezidentinin “Qələbə planı”nı Ali Radaya təqdim etməsi barədə məlumat yayılıb. Zelenski Radada çıxışı zamanı planın bəzi bəndlərinin artıq mediada səsləndirildiyini deyib. O, ölkəsində “qələbə” sözünün bəzi insanları narahat etdiyini də vurğulayıb.

Siyasətçi iddia edib ki, təqdim etdiyi proqram “sülh sammitinə körpü” olacaq. Ukrayna lideri plana əsasən müharibənin 2025-ci ilin sonunadək bitəcəyinə inandığını deyib. Planının 5 bənddən ibarətdir. Bu bəndlərin üçündə ictimaiyyətə açıqlanmayan məxfi hissələr var.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Ukrayna  





Xəbər lenti