Rusiya Ermənistan istehsalı olan bioaktiv əlavələri dövriyyədən çıxarır

Rusiya Ermənistan istehsalı olan bioaktiv əlavələri dövriyyədən çıxarır
  17 Oktyabr 2024    Oxunub:1324
“Rospotrebnadzor” Ermənistanda qeydiyyatdan keçmiş və tərkibində simetikon (meteorizmi azaldan dərman) və melatonin (sirkad ritmlərini tənzimləyən hormon) olan 118 000-dən çox bağlama bioloji aktiv əlavələri (BAƏ) dövriyyədən çıxarıb.
AzVision.az Rusiyanın “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, “Rospotrebnadzor”un mətbuat xidmətinin məlumatına görə, əsas qidalanma faktorları olmayan sintetik dərman maddələrin və hormonların (simetikon və melatonin) pəhriz əlavələrində istifadəsinə qadağa qoyulub. Simetikon və melatonin əczaçılıq maddələri müstəqil dərmanlar kimi qeydiyyata alınıb.

Ümumilikdə, “Rospotrebnadzor” Məhsulların Dövlət Qeydiyyatı Sertifikatlarının Vahid Reyestrinin monitorinqi zamanı Ermənistanın səlahiyyətli orqanları tərəfindən qeydə alınmış Gömrük İttifaqı aktlarının məcburi tələblərinə cavab verməyən 48 bioloji aktiv qida əlavəsi aşkarlayıb.

Qurumun fikrincə, bu, təhlükəli məhsulların dövriyyədə olması riskini yaradır. “Rospotrebnadzor”, həmçinin Avrasiya İqtisadi Komissiyasına məlumat verib ki, Ermənistanın İqtisadiyyat nazirliyi aşqarların dövlət qeydiyyatı haqqında verilmiş sertifikatların etibarlılığını yoxlamalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   BAƏ  





Xəbər lenti