Husilər: "ABŞ-nin hücumuna cavab veriləcək"

 Husilər:  "ABŞ-nin hücumuna cavab veriləcək"
  17 Oktyabr 2024    Oxunub:970
"Əminliklə deyirik ki, ABŞ-nin hücumları cavabsız qalmayacaq".
Bu barədə Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror təşkilatı bəyanat yayıb.

Xatırladaq ki, "Pentaqon" rəhbəri Lloyd Ostin ABŞ-nin "B-2 Spirit" bombardmançı təyyarələrinin Yəməndə husilərə məxsus 5 silah anbarına aviazərbələr endirdiyini açıqlayıb.
ABŞ Yəməndə husilərin obyektlərinə zərbələr endirib

Husilər Qəzza zolağındakı müharibə fonunda fələstinlilərə dəstək məqsədilə ötən ilin noyabrından bəri Qırmızı dəniz, Ərəbistan dənizi, Ədən körfəzi və Bab-ül-məndəb boğazında gəmiləri hədəfə alırlar. ABŞ, Britaniya və Almaniya hücumlara cavabən yanvarda regiona dəniz və hava qüvvələri göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   husilər   Yəmən   ABŞ  





Xəbər lenti