Sinvarın ölümü Yaxın Şərqdəki vəziyyəti dəyişməyəcək - "CNN"

   Sinvarın ölümü Yaxın Şərqdəki vəziyyəti dəyişməyəcək    - "CNN"
  18 Oktyabr 2024    Oxunub:1106
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Yaxın Şərqdəki vəziyyətə təsir etməyəcək. Məlum hadisə Qəzza zolağında münaqişənin həllinə də gətirib çıxarmayacaq.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir.

Məqalə müəllifi iddia edib ki, Sinvarın aradan götürülməsi regionda yaranmış faciəli reallığa da hansısa formada təsir etməyəcək. Çünki liderlərin ölümü nadir hallarda münaqişələrin nəticələrinə təsir edir.

HƏMAS lideri Yəhya Sinvar öldürülüb
Eyni zamanda, nəşr yazıb ki, Sinvarın ölümündən sonra Vaşinqton Qəzzada müharibəyə son qoymaq üçün uğursuz cəhdlərini bərpa edib. Birləşmiş Ştatlar uzun müddətdir ki, HƏMAS liderini Fələstin anklavında atəşkəs üçün ciddi maneə kimi görürdü. CNN Amerika mənbələrinə istinadən iddia edib ki, hazırda İsrail rəhbərliyi müharibənin uzadılmasında maraqlıdır.

Qeyd edək ki. Yəhya Sinvarın ölümünün ardınca yeni HƏMAS lideri kimi 68 yaşlı Xalid Məşəl seçilib. O, 1996-2017-ci illərdə də bu vəzifəni tutub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS  





Xəbər lenti