Rusiya BMT-də İsrail əleyhinə olan şikayəti dəstəkləyib

Rusiya BMT-də İsrail əleyhinə olan şikayəti dəstəkləyib
  17 Oktyabr 2024    Oxunub:908
Rusiya Livanın İsrailin mülki obyektləri bombalaması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) ünvanladığı şikayəti dəstəkləyib.
Bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov TASS-a açıqlamasında danışıb.

İsrail Livanda 150-dən çox hədəfi vurub
“Əlbəttə ki, biz bu müraciəti dəstəkləyirik. Özümüz də bombardmanları pisləyirik. Çünki bu, beynəlxalq hüququn pozulması, Livan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qəsddir”,- Rusiya rəsmisi qeyd edib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu "Hizbullah" birləşmələrinə qarşı əməliyyata başlayıb. Sentyabrın 27-də Beyrutda "Hizbullah"ın baş katibi Şeyx Həsən Nəsrullah zərbə nəticəsində həlak olub. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan   BMT   Rusiya  





Xəbər lenti