Tramp seçilsə, ABŞ-Aİ münasibətləri kəskin şəkildə pisləşəcək - "Politico"

Tramp seçilsə, ABŞ-Aİ münasibətləri kəskin şəkildə pisləşəcək    - "Politico"
  17 Oktyabr 2024    Oxunub:949
Noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın mümkün qələbəsi ABŞ və Avropa İttifaqı arasında münasibətləri kəskin şəkildə pisləşdirəcək.
Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir. Nəşr yazıb ki, buna səbəb siyasətçinin Kiyevə yardım göstərməklə bağlı öhdəlikdən imtina etməsi olacaq.

Vem Miller: “Mən milliyətcə erməniyəm”
“Vaşinqtonun Kiyevə gələcək dəstəyini şübhə altına alan Trampın qələbəsi ABŞ-Avropa münasibətlərini dərhal böhrana sürükləyəcək”, - müəllif yazıb.

Məqalədə o da vurğulanıb ki, Avropanın ABŞ-nin Ukraynaya yardımdan imtina etməsi nəticəsində yaranacaq boşluğu doldurmaq üçün imkan və maliyyə resursları yoxdur. Bundan əlavə, Trampın qələbəsi bəzi Avropa İttifaqı ölkələrini, xüsusən də Almaniyanı Ukraynaya yardımlara davam etməkdənsə, öz təhlükəsizliklərini gücləndirməyə diqqət ayırmağa təşviq edəcək: "Beləliklə, Avropanın “Bruegel” analitik mərkəzinin araşdırmasına görə, hazırda Almaniya öz müdafiə büdcəsi üçün kifayət qədər maliyyə ayıra bilmir. Ölkənin hərbi ehtiyatlarının hazırkı alış tempi ilə 2004-cü il rezervləri səviyyəsinə çatması üçün onilliklər lazım olacaq".

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ    





Xəbər lenti