Livanda 750 minə yaxın insan evlərini tərk edib

Livanda  750 minə yaxın  insan evlərini tərk edib
  17 Oktyabr 2024    Oxunub:951
Livanda döyüşlərin aparılması və ümumilikdə Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən milyona yaxın livanlı evlərini tərk edib.
Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Hesabatda qeyd edilib ki, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2023-cü il oktyabrın 8-dən bu ilin oktyabrın 14-ə qədər Livanda 746,6 min məcburi köçkünü qeydə alıb: “Onlardan 188,2 min nəfəri 1059 sığınacaqda yerləşdirilib, 876 (83%) sığınacaq isə artıq maksimum dərəcədə dolub”, - sənəddə vurğulanır.
Beynəlxalq təşkilatın məlumatına görə, təkcə son üç həftə ərzində Livanda 400 min uşaq evlərini tərk edərək təhsil və tədris sistemi üçün əlavə çətinliklər yaradıb.
Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu "Hizbullah" birləşmələrinə qarşı əməliyyata başlayıb. Sentyabrın 27-də Beyrutda "Hizbullah"ın baş katibi Şeyx Həsən Nəsrullah zərbə nəticəsində həlak olub. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Livan  





Xəbər lenti