Portuqaliya İsrailə partlayıcı daşıyan gəminin qeydiyyatını ləğv edib

Portuqaliya İsrailə partlayıcı daşıyan gəminin qeydiyyatını ləğv edib
  17 Oktyabr 2024    Oxunub:864
Portuqaliya hakimiyyəti İsrail silah istehsalçıları üçün partlayıcı maddələr daşıyan gəminin qeydiyyatını ləğv edib.
Bu barədə "Lusa" agentliyi ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bütün lazımi prosedurlar tamamlanıb, gəminin qeydiyyatı ləğv edilib və Portuqaliya bayrağı texnikadan götürülüb. Gəmi Madeyrada qeydə alınıbmış.

"Sahibi alman olan "Katrin" gəmisi İsrail, Polşa və Slovakiyadakı hərbi istehsalçılar üçün partlayıcı maddələr daşıyıb. BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Francesca Albanese əvvəllər də Portuqaliya hakimiyyətini gəminin milli qeydiyyatını ləğv etməyə çağırıb", - məqalədə yazılıb.

Xatırladaq ki, bundan öncə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirmişdi ki, hökumət İsrailə silah daşıyan gəmilərin krallığın limanlarına daxil olmasına icazə verməyəcək. O, Madridin əvvəllər silah yükü olan bir gəmiyə girişinə icazə vermədiyini təsdiqləyib. Sloveniyanın baş naziri Robert Qolob isə oktyabrın 16-da bəyan edib ki, ölkəsi Yaxın Şərqdə vəziyyəti sabitləşdirmək üçün İsrailə silah ixracına embarqo qoyulmasının tərəfdarıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Silah  





Xəbər lenti