Meloni Yaxın Şərqə gedir

   Meloni Yaxın Şərqə gedir
  16 Oktyabr 2024    Oxunub:974
İtaliyanın Baş naziri Corca Meloninin Yaxın Şərqə səfəri gözlənilir.
Bu barədə onun ofisindən məlumat verilib.

Bildirilir ki, xanım Baş nazir ayın 18-də İordaniyanın Əqəbə şəhərində bu ölkənin kralı II Abdullah, Beyrutda isə Livanlı həmkarı Nəcib Miqati ilə görüşlər keçirəcək.

Danışıqlar zamanı əsasən İsrailin Livanda hərbi əməliyyatı nəticəsində yaranan vəziyyət ətrafında müzakirələr aparılacağı bildirilir.
İtaliya İsrailə silah ixracını dayandırıb

Xatırladaq ki, ötən ilin oktyabrında başlayan İsrail və Livan "Hizbullah"ı arasında son aylarda gərginlik artıb. İsrail Silahlı Qüvvələri Livana qurudan əməliyyata başlayıb. Digər tərəfdən, "Hizbullah" terror təşkilatının himayədarı İran bu münaqişəyə cavabən İsrailə raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İtaliya   Yaxın-Şərq   Baş-nazir   səfər  





Xəbər lenti