İran ölkənin nüvə obyektlərinə hücumu real saymır

İran ölkənin nüvə obyektlərinə hücumu real saymır
  16 Oktyabr 2024    Oxunub:894
"İsrail çətin ki, İranın nüvə obyektlərinə hücum etməyə cürət etsin. Onların bu təhdidləri boş sözlərdir və Tehranda narahatlıq doğurmur".
Bunu İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi deyib.

“Birincisi, bunun baş verməsi ehtimalı çox azdır. İkincisi isə onların belə bir axmaqlıq edərək İrana ciddi ziyan vurması inandırıcı deyil. Üçüncüsü, hətta ziyan vurulsa belə, ölkəmiz hər şeyi olduqca tez bir zamanda bərpa edə biləcək”, - Kamalvəndi Nour News-un mövzuya dair sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, İsrailin təhdidləri İslam Respublikasında heç bir narahatlıq yaratmayıb. Lakin Tehran istənilən halda sayıqlığını itirməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti