"Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi ehtimalı azdır" - ŞƏRH

   "Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi ehtimalı azdır" -    ŞƏRH
  18 Oktyabr 2024    Oxunub:1195
"Prezident Vladimir Zelenskinin ölkə parlamentində açıqladığı “Qələbə Planı”nın birinci müddəası kimi Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsi göstərilib. İkinci bənddə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.

Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Zelenskinin “qələb planı” ABŞ-da təəssürat yaratmayıb
Onun sözlərinə görə, Volodimir Zelenski bildirib ki, onun planı dəstəklənsə, Ukrayna gələn ildən gec olmayaraq müharibəni bitirə bilər.

"Bəs dəstəklənməsə, necə olacaq? Bu sualın cavabı yoxdur. Çünki, müharibənin davam etdiyi şəraitdə Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi ehtimalı azdır. Bu isə Zelenskinin “Qələbə Planı”nın əsas bəndidir. Qərbin planın o biri bəndlərini yerinə yetirəcəyi də sual altındadır.

Belə olan halda görəsən Zelenski “Qələbə Planı”nın reallaşmasını necə təsəvvür edir?

Ukrayna və onun Prezidenti mürəkkəb vəziyyətdədir, müharibəni davam etdirmək üçün əlavə resurslara ehtiyac var. Zelenskinin “Qələbə Planı” Ukraynadan çox Qərbin üzərinə məsuliyyət qoyur. Bu bir növü o deməkdir ki, Qərb bu planı dəstəkləməsə Ukraynanın üzləşə biləcəyi ağır duruma görə məsuliyyət daşıyacaq. Zelenskinin “Qələbə Planı”nı bu şəkildə hazırlamasının əsas məqsədi elə budur".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   VolodimirZelenski   Ukrayna   “qələbəplanı”  





Xəbər lenti