Yəhya Sinvarın ölümü ilə bağlı detallar açıqlanıb

   Yəhya Sinvarın ölümü ilə bağlı detallar açıqlanıb
  18 Oktyabr 2024    Oxunub:1240
"İsrail əsgərləri Rəfəh şəhərində planlaşdırılmamış əməliyyat çərçivəsində binanın ərazisində HƏMAS terrorçularının olduğundan şübhələnərək atəş açıblar. Ardınca içəridə Sinvarın cəsədini tapıblar".
Bu ifadələr "The Jerusalem Post" qəzetinin Fələstinin HƏMAS terror təşkilatının sabiq lideri Yəhya Sinvarın ötən gün öldürülməsi ilə bağlı xəbərindəndir.

Məlumata görə, Sinvarla birlikdə zərərsizləşdirilən digər terrorçulardan biri ona yaxın şəxslərdən sayılan Xan-Yunis diviziyasının komandiri olub.

Terror başçısının cəsədinə baxış zamanı üzərindən "Mentos" saqqızı, 40 min yeni İsrail şekeli (təqribən 18 min AZN), "AK-47" avtomat silahı, alışqan və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) əməkdaşı şəxsiyyət vəsiqəsi tapılıb.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi Sinvarın öldürülməsinə şərhində:

"Bir il qabaq başımıza gələn çox çətin günün cavabdehi ilə hesabımızı bağladıq", - deyib.
HƏMAS-ın yeni lideri müəyyənləşib

Yəhya Sinvarın ölümünün ardınca yeni HƏMAS lideri kimi 68 yaşlı Xalid Məşəl seçilib. O, 1996-2017-ci illərdə də bu vəzifəni tutub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   lider   qətl  





Xəbər lenti