ABŞ Yəməndə husilərin obyektlərinə zərbələr endirib

ABŞ Yəməndə    husilərin obyektlərinə    zərbələr endirib
  17 Oktyabr 2024    Oxunub:845
Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-nin “B-2 Spirit” bombardmançı təyyarələrinin Yəmən bölgəsində husilərə məxsus beş silah anbarına zərbələr endirdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə nazirinin məlumatına görə, bu anbarlarda husilərin bütün bölgədəki gəmiçiliyə hücumlar üçün istifadə etdikləri “bütün növ silah komponentləri” olub.

“Bu, yerin nə qədər dərinliyində olsalar da, düşmənlərimizin əlçatmaz olmağa çalışdıqları hədəflərə ABŞ-nin zərbə vurmaq qabiliyyətinin unikal nümayişi idi. Zərbə üçün “B-2 Spirit” bombardmançılarının istifadəsi ABŞ-nin istənilən vaxt, istənilən yerdə qlobal zərbə imkanlarını nümayiş etdirir”, - Lloyd Ostinin Müdafiə nazirliyinin saytında yerləşdirilən bəyanatında vurğulanır.

“Associated Press” agentliyi “B-2 Spirit” təyyarələrinin husilərin hədəflərinə hücum etmək üçün “çox nadir hallarda” istifadə olunduğunu yazıb. Yəmənin “Almasirah” telekanalı isə müxbirə istinadən xəbər verir ki, ABŞ Səadanın şərq ətraflarında Kəhlan və Əl-Əbla bölgələrinə hücum edib. Lakin telekanal dağıntılar və ölənlər barədə məlumat verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   husilər   zərbələr  





Xəbər lenti