Gəncədə mənzildə partlayış: İki nəfər ölüb
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Qeyd edək ki, mənzildə baş verən partlayış nəticəsində ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.
AzVision.az
Teqlər: