İtaliya İsrailə silah ixracını dayandırıb

   İtaliya İsrailə silah ixracını dayandırıb
  16 Oktyabr 2024    Oxunub:1159
İtaliya İsrailə hər hansı silah ixracı üçün yeni lisenziyaların verilməsini dayandırıb.
Məlum qərar 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal qruplaşmasının İsrailə hücumuna görə rəsmi Təl-Əvivin Qəzza zolağında əməliyyata başlamasından sonra verilib. Bu barədə İtaliyanın baş naziri Giorgia Meloni bildirib.

Makron-Netanyahu qarşıdurması sərtləşir
“Əməliyyatların başlamasına görə oktyabrın 7-dən sonra imzalanan bütün müqavilələr yerinə yetirilmədi”, - o qeyd edib.

Baş nazir əlavə edib ki, Fələstin anklavında böhran vəziyyəti davam etdiyi vaxtda silahlardan istifadə riski qalır. Belə bir zamanda lisenziyaların verilməsi bərpa edilməyəcək.

Xatırladaq ki, oktyabrın 5-də Fransa prezidenti Emmanuel Makron France Inter radiosunda çıxışı zamanı da bu mövzuda diqqət çəkən fikirlər səsləndirmişdi. O, İsrailə Qəzzada döyüş üçün nəzərdə tutulan silah tədarükünün dayandırılmasını münaqişənin siyasi həlli yolunda prioritet adlandırıb. O, əlavə edib ki, Livan yeni Qəzzaya çevrilməməlidir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail  





Xəbər lenti