Gürcüstan prezidentinin müxalifətlə əməkdaşlığının heç bir əhəmiyyəti yoxdur - Kaxa Kaladze

      Gürcüstan prezidentinin müxalifətlə əməkdaşlığının heç bir əhəmiyyəti yoxdur -       Kaxa Kaladze
  17 Oktyabr 2024    Oxunub:741
Bunu Tbilisinin meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Kaladze qeyd edib : “Bu müxalifətin, istər birləşmiş, istərsə də parçalanmış, istər Salome ilə, istərsə də onsuz, istər Şalikonun çardağı ilə, istərsə də onsuz sıfıra bərabər şansı var. Onların heç bir imkanları yoxdur, reallıq budur. Bu reallığı təhrif etmək, cəmiyyətə başqa cür təqdim etmək istəyirsinizsə, bu sizin işinizdir. Davam edə bilərsiniz, amma bugünkü reallıqda “Gürcü Arzusu”nun konstitusiya çoxluğu ilə qalib gəlmək imkanı var.

Salome Zurabişvili qərargah qurduğunu dedi. Mən bunu təqdir edirəm, çünki o insanlar “Gürcü Arzusu”nun qələbəsini və konstitusiya çoxluğu ilə hakimiyyətə gəlməsini bizimlə birlikdə qeyd edəcəklər. Bugünkü şəraitdə radikalizmin, şərin nəsə bir uğur əldə etməsi imkansızdır” – Kaxa Kaladze bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti