İtkin düşən yaşlı qadının cəsədi çaydan çıxarılıb - YENİLƏNİB

İtkin düşən yaşlı qadının cəsədi çaydan çıxarılıb -  YENİLƏNİB
  23 Aprel 2024    Oxunub:865
Şəkidə çayda batan qadının meyiti sudan çıxarılıb.
Şəki rayonu Cumakənd kənd sakini, 64 yaşlı Çimnaz Vahab qızı Mikayılovanın meyiti axşam saat 19:30-da Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən batdığı Əyriçay çayından çıxarılıb.

Cəsəd hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasına təhvil verilib.

Qadının ölümünün dəqiq səbəbinə aydınlıq gətirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

* * *

18:09
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb ediliblər.

Hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

AzVision.az


Teqlər: hadisə   DİN  





Xəbər lenti