Bezosun sevgilisinin busqalteri inauqurasiyadan çox müzakirə olunur

Bezosun sevgilisinin busqalteri inauqurasiyadan çox müzakirə olunur
  22 Yanvar 2025    Oxunub:351
Milyarder Cef Bezosun sevgilisi Lauren Sançez dünya mediasının gündəminə çevrilib.
Buna səbəb Laurenin ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasiminə köynəksiz- görünən büstqalterlə qatılması olub. Bezosun sevgilisi sosial şəbəkələrdə tənqidlərlə üzləşib. "The İndependent"in yaydığı məlumata görə, Lauren artıq qınaq şərhlərinə reaksiya verib.

Melanya inauqurasiyada qəribə şlyapası ilə hansı mesajı verib?
"55 yaşlı Lauren Sançez rəsmi tədbirə ağ "Alexander McQueen" brendli şalvarı və krujevalı büstqalterdə qatılıb. Bu təbii olaraq internet istifadəçilərinin narazılığına səbəb olub. O, "xeyter"lərə (nifrət, aqressiv şərh yazanlar-red.) cavab verməsə də, pərəstişkarlarının dəstək sözlərini əks etdirən şərhlərini bəyənib",- məqalədə yazılıb.

Qeyd edək ki, bundan öncə Donald Trampın həyat yoldaşı Melanya Tramp inauqurasiyada taxdığı şlyapası ilə müzakirələrə səbəb olmuşdu. Dizaynerlər onun baş geyiminin stil və rənginin təsadüfən seçilmədiyini deyiblər. "ABC News"un yaydığı məlumata görə, Melanya bununla güclü mesaj göndərmək istəyib.
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Andiçmə  





Xəbər lenti