Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

   Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
  21 Yanvar 2025    Oxunub:251
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. “Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”,-deyə qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti