Çinli kosmonavtlar ilk dəfə kosmosda oksigen əldə ediblər

Çinli kosmonavtlar ilk dəfə kosmosda oksigen əldə ediblər
  21 Yanvar 2025    Oxunub:264
Çin elm adamları dünyanı heyrətləndirməyə davam edirlər. Hazırda Tianqonq kosmik stansiyasında fəaliyyət göstərən çinli astronavtlar bir sıra maraqlı təcrübələr aparıblar.
"South China Morning Post"un (SCMP) yaydığı məlumata görə onlar təcrübə zamanı oksigen və raket yanacağı inqrediyentləri əldə ediblər.

Humanoidlər insanlara qarşı: Pekin unikal yarış keçirəcək
"Çin kosmik stansiyasının göyərtəsində ilk dəfə olaraq oksigen və raket yanacağı komponentləri istehsal edilib. Bunlar insanıların belə bir mühitdə sağ qalması və gələcəkdə kosmosun uzunmüddətli, uğurlu tədqiqi üçün lazım olan əsas elementlərdir", - məqalədə yazılıb.

Müəllifin sözlərinə görə, mütəxəssislər karbon qazı və suyu oksigenə çevirmək üçün yarımkeçirici katalizatorları olan xüsusi qurğudan istifadə ediblər. Mütəxəssislər sonradan bu prosesi bir qədər də irəli daşıyaraq gələcəkdə raket yanacağını sintez etmək üçün istifadə edilə bilən üzvi birləşmə- etilen əldə ediblər.

Qeyd edək ki, Çin texnologiya, süni intellekt sahələrində xeyli sayda yeniliklərə imza atır. Məsələn, Çin alimləri ötən ilin sonlarında aşağı cazibə qüvvəsi şəraitində asteroidlərin səthində tullana bilən süni intellektə malik robot hazırlamışdılar.
Bundan bir neçə gün öncə isə Şanxay Jiao Tonq Universitetinin Maşınqayırma fakültəsinin professoru, Gao Feng yeni ağıllı robot ərsəyə gətirdiyini bəyan etmişdi. Bu, Çinin Ayı tədqiq edəcək altı ayaqlı robotudur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Kosmos  





Xəbər lenti