Gürcüstan prezidenti 613 məhbusu əfv edib

Gürcüstan prezidenti 613 məhbusu əfv edib
  21 Yanvar 2025    Oxunub:329
Gürcüstan prezidenti Mixeil Kavelaşvili 613 məhbusu azad edəcək amnistiya fərmanı imzalayıb.
AzVision.az xəbər verir ki, Kavelaşvili bu barədə sosial şəbəkədə yazıb.

Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başlayıb
"Rəbbin zühuru pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim.Əfv olunan məhbuslara ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verilir", - deyə prezident qeyd edib.

Xatırladaq ki, ötən il Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib. O, 300 seçicidən 224 səs toplayıb. Onun andiçmə mərasimi dekabrın 29-da keçirilib.

Həmidı İbrahimova
AzVision.az





Teqlər:   MixeilKavelaşvili  





Xəbər lenti