Zelenski: “Ukraynaya 200 min sülhməramlı lazımdır”

   Zelenski:    “Ukraynaya 200 min sülhməramlı lazımdır”
  22 Yanvar 2025    Oxunub:277
Əgər təhlükəsizlik təminatları çərçivəsində Ukraynaya sülhməramlı kontingent daxil edilərsə, o, ən azı 200 min hərbçidən ibarət olmalıdır.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Davosda Beynəlxalq Media Şurasının nümayəndələri ilə görüşündə belə deyib.

“Mən təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi kontingentlər ideyasını dəstəkləyirəm. Çünki onların (rusların) milyon yarımlıq ordusu, bizdə isə bunun yarısı varsa, bu o deməkdir ki, bizə çox sayda əsgəri olan kontingent lazımdır”, - Zelenski bildirib.

Onun hesablamalarına görə, hərbi kontingent minimum 200 min avropalı əsgərdən ibarət olmalıdır. Əks təqdirdə, bu, heç nə deməkdir.

- Əks halda, bu, bizim ATƏT-lə bağlı məsələmizə bənzəyir. Onların necə kömək edə biləcəyini heç kim bilmirdi. Sadəcə ofisləri var idi, vəssəlam”, - Ukrayna prezidenti vurğulayıb.

Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Onun sözlərinə görə, mümkün sülh danışıqları zamanı Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun 5 dəfə azaldılması ilə bağlı tələb də qoya bilər və bu, müzakirələr zamanı vacib məsələlərdən biri olacaq: “Bu başa düşüləndir: əgər biz 800 mindən çox ordu yarada bilsəydik, o zaman Avropa ilə birlikdə, təkcə özümüzü müdafiə etmək üçün yox, həm də Putini dəf etmək gücünə malik bir ordu olardıq. Ukrayna ordusunun ixtisarı barədə tələblərlə bağlı güzəştə getməyəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı razılıq əldə olunarsa, öz ölkələrinin hərbçilərinin Ukraynaya sülhməramlı kimi göndərilməsinin mümkünlüyünü müzakirə etməyə başladıqları barədə məlumat yayılmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   sülhməramlılar  





Xəbər lenti