İsrail Livandan çıxmağa tələsmir
-1737444758.jpg)
Daha əvvəl bildirilmişdi ki, “Hizbullah”la atəşkəs razılaşması çərçivəsində İsrail Livan ərazisindən qoşunlarını çıxarmağa başlayıb. İsrail qoşunlarının Xiamdan çıxarılmasının ilk mərhələsində hətta ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla da iştirak edib.
Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti keçən il noyabrın sonunda İsrail və “Hizbullah” arasında atəşkəs razılaşmasını təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az