Ukrayna Aİ-dən 30 milyard avrodan çox vəsait alacaq
Beləliklə, 18,1 milyard avro vəsaitin transferi G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən, 12,5 milyard avro - Ukrayna Mexanizmi aləti çərçivəsində maliyyə yardımından istifadə etməklə təmin ediləcək.
Qeyd olunur ki, Avropa İttifaqı 2022-ci ilin fevralından Ukraynaya birbaşa büdcə yardımının ən böyük donoru olub. O vaxtdan Kiyevə 45 milyard avro köçürülüb.
AzVision.az
Teqlər: