İmamoğlu barəsində istintaq başladı
Məlumata görə, İmamoğluna qarşı İstanbul Baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi təhdidedici ifadələrə görə “təhdid” və “terrorizmlə mübarizədə vəzifə tutan şəxsləri hədəf göstərmə” ittihamları irəli sürülüb.
İmamoğlu isə barəsində başlayan istintaqla bağlı açıqlama verərək, “İstanbul Respublika Prokurorluğu onu və ailəsini təhdid etdiyim iddiası ilə barəmdə istintaq başlatdı. Mənim çıxışımda bir kəlmə də olsun təhdid yoxdur. Mən heç kəsi, xüsusən də ailəsini və uşaqlarını təhdid etməmişəm və təhdid etmərəm də. İstifadə etdiyim hər söz bu ölkədə hər kəsin uşaqları və gələcəyi üçün qərəzsiz qanun tələbi idi. Sözümün arxasındayam. Hər zaman hər kəs üçün ədalət”, - deyib.
AzVision.az
Teqlər: