11 il əvvəl törədilmiş quldurluğa görə 3 nəfər həbs edilib

11 il əvvəl törədilmiş quldurluğa görə 3 nəfər həbs edilib
  21 Yanvar 2025    Oxunub:307
Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 nəfər maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.

Faktla bağlı elə həmin vaxt Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb. Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov, əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə və Aslan Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

AzVision.az




Teqlər:





Xəbər lenti