ABŞ-İran: sövdələşmə, yoxsa təzyiq?

   ABŞ-İran:    sövdələşmə, yoxsa təzyiq?
  21 Yanvar 2025    Oxunub:446
İranlı politoloqlar ABŞ prezidenti Donald Trampın Tehrana qarşı maksimum təzyiq siyasətinə qayıdacağı ilə razılaşsalar da, eyni zamanda onun İslam respublikası ilə sövdələşməyə getməsi ehtimalını da istisna etmirlər.
AzVision.az xəbər verir ki, İslam respublikasının “İran” dövlət qəzetinin fikrincə, İranla əməkdaşlığı dayandırmaq üçün Tramp “Rusiya və Çinə təzyiq göstərməyə” cəhd edə bilər.

“İran Çinlə iqtisadi əlaqələri və Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı itirsə, ABŞ-lə razılaşmağa məcbur olacaq”, - qəzetdə dərc olunan materialda deyilir.

Tehran Trampla danışıqlara hazırdır
Nəşrin iddiasına görə, İranın hazırkı hökuməti Amerika tərəfi ilə danışıqlarda israrlıdır, lakin bu çağırışlar Vaşinqtonda eşidilmir.

Ona görə də, İran hökuməti elə hərəkət etməlidir ki, Tehran siyasəti ilə bağlı hələ də ciddi fikir ayrılıqları olan Tramp administrasiyasının xarici siyasət bloku İranla danışıqlar prosesini güzəşt deyil, həyati zərurət saysın.

Qeyd edək ki, bundan əvvəl İranın Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi Donald Trampın müvafiq istək ifadə edəcəyi tərzdə, Tehranın sanksiyaların ləğvi müstəvisində Vaşinqtonla danışıqları bərpa etməyə hazır olduğunu açqılatıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   İran   münasibətlər  





Xəbər lenti