Taliblər amerikalıları azadlığa buraxdılar
“Talibanın Xarici İşlər naziri mübadiləni təsdiqləyərək bildirib ki, adı açıqlanmayan iki ABŞ vətəndaşı 2008-ci ildə iki ömürlük həbs cəzasına məhkum edilmiş Xan Məhəmmədin müqabilində azad edilib”, - xəbərdə deyilir.
Bu gün səhər ABŞ-nin Federal Həbsxanalar Bürosu Xan Məhəmmədin artıq həbsdə olmadığını bildirib. Əvvəllər ABŞ Federal Məhkəməsi onu ABŞ-yə daşınan narkotik maddələri saxlamaqda, həmçinin terror fəaliyyətlərində iştirakda təqsirli bilib.
- Məhbus mübadiləsi uzun və səmərəli danışıqların nəticəsidir və Əfqanıstanla ABŞ arasında münasibətlərin normallaşması istiqamətində bir addım olacaq”, - “Taliban” vurğulayıb.
Amerikalı məhbuslardan biri olan Rayan Korbettin ailəsi onun azadlığa buraxıldığını təsdiqləyərək, ABŞ prezidenti Donald Trampa və keçmiş prezident Co Baydenə məhbusların mübadiləsi səylərinə görə təşəkkür edib. 2021-ci ildə Əfqanıstanda hakimiyyət dəyişikliyinin şahidi olan Korbett 2022-ci ilin avqustundan Talibanın nəzarətindədir.
İkinci amerikalı məhbusun kimliyi hələlik jurnalistlərə məlum deyil. Rəsmi Vaşinqton isə hələlik mübadilə ilə bağlı şərh verməyib.
Sahil İsgəndərov
AzVision.az