Misir və Rusiya prezidentləri arasında telefon danışığı olub
“Danışıqlar zamanı tərəflər Misir və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi yollarını, xüsusən Süveyş kanalı sahillərində Rusiya sənaye zonası layihəsini, həmçinin “Əl-Dəbaa” AES-in tikintisini müzakirə ediblər”, - Misir prezidentinin rəsmi nümayəndəsi Məhəmməd əş-Şinavi sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib və bir sıra mövzulara, o cümlədən Qəzza zolağında atəşkəs razılaşmasına, Livan və Suriyadakı mövcud vəziyyətə toxunublar.
Əş-Şinavi bildirib ki, tərəflər həmçinin bir sıra məsələləri, o cümlədən Ukraynadakı münaqişə zonasında baş verən son hadisələri müzakirə ediblər.
AzVision.az
Teqlər: