22 ştat Trampın əleyhinə çıxıb

      22 ştat    Trampın əleyhinə çıxıb
  22 Yanvar 2025    Oxunub:282
ABŞ prezidenti Donald Trampın doğum hüququna əsasən Amerika vətəndaşlığının verilməsinin doğuş məhdudlaşdırılması barədə sərəncamına ölkənin 22 ştatı etiraz edib.
AzVision.az bildirir ki, yanvarın 20-də Tramp federal qurumlara adətən ABŞ vətəndaşlarına təqdim edilən sənədləri verməyə qadağa qoyan sərəncam imzalayıb. Qadağa bu tədbirin tətbiqindən 30 gün sonra doğulan uşaqlara şamil ediləcək.

Bundan əlavə, vətəndaşlığın məhdudlaşdırılması valideynləri qeyri-qanuni şəkildə ABŞ-də olan uşaqlara da təsir edəcək. Yeni tədbirlər ananın ABŞ-də müvəqqəti, məsələn, viza ilə olduğu, atanın isə ölkə vətəndaşı olmadığı vəziyyətlərdə tətbiq ediləcək.

“Reuters” agentliyinin məlumatına görə, 22 ştat ABŞ-nin yeni prezidentinin bu sərəncamı ilə razılaşmayıb. Onların arasında demokratların rəhbərlik etdiy kaliforniya, Konnektikut, Delaver, Havay, Men, Merilend ştatları, habelə Kolumbiya dairəsi və San-Frnasisko şəhəri də var. İddiaçılar Donald Trampın ABŞ Konstitusiyasını pozduğunu bildirirlər.

Analoji iddia əvvəllər mühacirləri dəstəkləyən Amerika Vətəndaş Azadlıqları İttifaqı, NAACP Hüquqi Müdafiə və Təhsil Fondu, Dövlət Demokratiya Müdafiəçiləri Fondu və Asiya Hüquq Şurası kimi təşkilatların adından verilib.

Tramp kütləvi ixtisarlara başlayır
Qeyd edək ki, elə prezidentliyinin ilk günündə Tramp və onun administrasiyası cavabdeh qismində bir neçə məhkəmə prosesinə cəlb olublar. Məsələn, Milli Xəzinədarlıq işçilərinin Həmkarlar İttifaqının iddiası yüksək vəzifəli federal əməkdaşların işdən çıxarılması prosedurunu sadələşdirən fərmanla bağlıdır. Təşkilatın fikrincə, prezidentin hərəkətləri qanunvericilərin niyyətləri ilə ziddiyyət təşkil edir, çünki ABŞ Konqresi federal statuslu qullquçular üçün “zəruri proses hüquqları” müəyyən edib.

“National Security Counselors (Milli Təhlükəsizlik Müşavirləri)” hüquq şirkəti isə yeni administrasiyaya qarşı məhkəmə iddiasında sahibkar İlon Maskın rəhbərlik edəcəyi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE - Department of Government Efficiency) yaradılmasına qarşı çıxır. Şirkət hesab edir ki, departamentin yaradılması 1972-ci ildə Ağ Evlə birbaşa əlaqəli olan bölmələr üçün maraqların toqquşmasının yoxlanılması və şəffaflıq qaydalarını tələb edən ABŞ qanununu pozur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   ştatlar   əleyhdarlar  





Xəbər lenti