Orban Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Orban Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
  22 Yanvar 2025    Oxunub:358
Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasətindən əl çəkməsinin vaxtı çatıb, çünki onlar məqsədlərinə çatmayıblar.
Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, məhdudiyyətlər yalnız Aİ-nin özünə zərər vurub:

“Sanksiyalardan danışmaq vaxtıdır. Ukraynada müharibənin bitməsinə səbəb oldularmı? yox, Rusiya iqtisadiyyatına ziyan vurdularmı? yox və ya Avropa Rusiyadan başqa sərfəli enerji mənbələri tapa bildimi? yox. Brüssel bürokratlarının hazırladığı sanksiyalar yalnız Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv edib. Dəyişiklik vaxtıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti