Tramp Kiyevə silah verilməsi məsələsinə aydınlıq gətirib
“Avropa İttifaqı (Aİ) Ukraynanı dəstəkləmək üçün indi etdiyindən daha çox iş görməlidir. Mən Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıram və çox tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışmağı planlaşdırıram. Putin dialoqdan imtina edərsə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirməyə hazıram”, - “Reuters” agentliyi Donald Trampdan sitat gətirir.
Eyni zamanda, Kiyevə silah tədarükünün tamamilə dayandırılmasının mümkünlüyünü istisna etməyən ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə onun əlverişli saydığı istənilən vaxt görüşməyə hazır olduğunu bildirib.
Maraqlıdır ki, Donald Tramp Çinin sədri Si Cinpindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini istəyib.
- Onun çox gücü çoxdur. Bizimki kimi. Mən dedim: biz bunu həll etməliyik”, - ABŞ-nin yeni prezidenti Si Cinpindən Ukrayna böhranının aradan qaldırılmasına kömək istəyib-istəməməsi ilə bağlı sualları cavablandırarkən deyib.
Sahil İsgəndərov
AzVision.az