XİN: Türkiyədə yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur |
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 9-a çatıb. Hoteldə axtarış əməliyyatları başa çatıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə bir günlük milli matəm elan edib.
Xatırladaq ki, yanğın dünən 12 mərtəbəli hotelin restoranından başlayıb. Hadisə zamanı binada 237 qonaq olub.
Həmidə İbrahimova
AzVision.az