İraqda hərbi qərargaha zərbə: 5 nəfər öldü

   İraqda hərbi  qərargaha zərbə:    5 nəfər öldü
  03 Dekabr 2023    Oxunub:1426
ABŞ-ın İraqdakı hərbi qərargaha endirdiyi hava zərbəsi nəticəsində 5 nəfər həlak olub.
Bu barədə İraqın “Şəfəq” agentliyi təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, hazırda zərbənin pilotsuz uçuş aparatı və ya raketlə həyata keçirildiyi müəyyən edilməyib və hava hücumunun yeri hələ dəqiqləşdirilməyib.

Livanın “Al Mayadeen” telekanalının məlumatına görə, zərbə İraqın şimalındakı Kərkükdə baş verib və nəticədə beş İraq İslam Müqaviməti döyüşçüsü həlak olub.

Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirmişdi ki, oktyabrın 17-dən bəri Yaxın Şərqdəki ABŞ qüvvələri 74 dəfə hücuma məruz qalıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti