"Radarlara düşmədən gizlicə düşmənin yuvasına girəcəyik" - Ərdoğan
"Kaan çox yaxında uçacaq. Elə bir uçuş düşünün ki, düşmənə görünmədən yuvasına girəcək. Getdiyi kimi də geri dönəcək. Bu təyyarəni ölkənin öz mühəndisləri və pilotları idarə edəcək."Kaan" öz radar və missiya kompüteri ilə təchiz olunacaq. Bir neçə ildən sonra biz bütün sınaqları tamamlayıb inventarlaşdıracağıq. Dünyada bu növü istehsal edə bilən 5 ölkədən biri olacağıq. "Kızılelma", "Anka-3"və "Kaan" ilə avtonom qol uçuşu edə biləcək.
Türkiyə olaraq haradan gəldiyimizi və hara getdiyimizi görməliyik. Çoxlu gizli hücumları belə başa düşməliyik. Hazırda bir çox ölkələrin təyyarələri və helikopterləri üçün proqram təminatı istehsal edirik. THY-nin bir çox təyyarəsində ölkəmizin imzası var. Silahlı Qüvvələrimizin radar təyyarələrini, kəşfiyyat və müşahidə təyyarələrini həmişə yerli və milli sistemlərlə təchiz etmişik", - Ərdoğan bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Ərdoğan