AFFA-nın baş katibi vəzifəsinə yeni təyinat reallaşıb

   AFFA-nın baş katibi vəzifəsinə yeni təyinat reallaşıb
  03 Fevral 2025    Oxunub:356
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyin olunması ilə bağlı qərar qəbul edilib.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.

O, 2004-2019-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti