Dünya 1 Mayı belə qeyd edir - FOTOLAR
İş şəraitinin və işçilərin hüquqlarının yaxşılaşdırılması, maaşların tənzimlənməsi bütün dünyada irəli sürülən tələblər sırasındadır.
İndoneziyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Cakartada nümayişlər keçirilib.
Pakistanın Kəraçi şəhərində həmkarlar ittifaqının üzvləri dünən məşəl alovlandıraraq yürüş ediblər.
Cənubi Koreyada minlərlə insan küçələri doldurub. Paytaxt Seulda 2 ayrı tədbirdə iştirakçının 30 minə çatacağı gözlənilir.
İş şəraitinin və hüquqların yaxşılaşdırılmasına çağıranların əllərində Cənubi Koreya hökumətinin əleyhinə şüarlar yazılmış plakatlar tutduğu görülüb. Bir fəal “Maaşlarımızdan başqa hər şey bahalaşıb” deyərək maaşların yaxşılaşdırılmasını tələb edib.
Nümayişlər Hindistanın cənub-qərbində yerləşən Heydərabad şəhərində də keçirilib.
Fransada həmkarlar ittifaqları Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə qaldırılmasına etiraz olaraq kütləvi nümayişlər keçirməyi planlaşdırır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: