İranın Səudiyyə Ərəbistanındakı səfirliyi və konsulluğu yenidən açılır

   İranın Səudiyyə Ərəbistanındakı səfirliyi və konsulluğu yenidən açılır
  01 May 2023    Oxunub:1522
İranın Ər-Riyaddakı səfirliyi öz işini bərpa edib.
AzVision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani məlumat yayıb.

“İran İslam Respublikasının üç nümayəndəliyi - Ər-Riyaddakı səfirlik, baş konsulluq və İranın Ciddə İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi adi qaydada fəaliyyətə başlayıb”, - Kənani bildirib.

Onun sözlərinə görə, bu, nümayəndəliklərin fəaliyyətinin bərpasının yalnız birinci mərhələsidir.
Xatırladaq ki, Çinin vasitəçiliyi ilə Tehran və Ər-Riyad martın əvvəlində iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti