Polşa Belarusla sərhəddə 200 km-dən çox elektron maneə tikdi

Polşa Belarusla sərhəddə 200 km-dən çox elektron maneə tikdi
  01 May 2023    Oxunub:1095
“Polşa-Belarus sərhədində videomüşahidə kameraları və hərəkət sensorları sistemi ilə təchiz olunmuş təxminən 206 km uzunluğunda elektron hasarın tikintisi başa çatıb”.
Bunu Polşa sərhəd xidmətinin sözçüsü Anna Mixalska bildirib. Onun sözlərinə görə, maneənin görünüşü sərhədçilərə ölkəyə daxil olmaq cəhdlərinin sayını obyektiv qiymətləndirməyə imkan verəcək.

O, həmçinin əlavə edib ki, gecə saatlarında sistem olmadan sərhəd pozuntularının sayını hesablamaq mümkün deyildi: “Demək olar ki, bütün maneə artıq yerindədir və sərhəddə baş verənlərlə bağlı tam qeydimiz var. Oradan çoxlu sayda qeyri-qanuni sərhədi keçmə cəhdləri qeydə alınıb”.


AzVision.az


Teqlər:





Xəbər lenti