Türkiyə şirkəti Akkuyu AES-i 700 milyon avroya sığortalayıb

Türkiyə şirkəti Akkuyu AES-i 700 milyon avroya sığortalayıb
  01 May 2023    Oxunub:1389
Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyinə tabe olan şirkət “Akkuyu” Atom Elektrik Stansiyasını (AES) 700 milyon avroya sığortalayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məqalədə xatırladılır ki, 2022-ci ilin martında nüvə tənzimlənməsi haqqında qanun qəbul edilib. Bu qanuna əsasən, nüvə obyektlərini yaradacaq və istismar edəcək şəxslər, habelə nüvə enerjisi sahəsində çalışacaq şəxslər üçün icbari sığorta tətbiq edilib.

"Bu fərman çərçivəsində Nüvə Sığorta Hövzəsi yaradılıb və qərara alınıb ki, Maliyyə və Xəzinədarlıq Nazirliyinin törəmə şirkəti olan Türk Reasürans tərəfindən idarə olunan Xüsusi Risk İdarəetmə Mərkəzi sığorta işini təmin etsin. Bu çərçivədə Türkiyənin ilk nüvə Elektrik stansiyası olan Akkuyu Atom Elektrik Stansiyası mərkəz tərəfindən 700 milyon avroya sığortalanıb", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti